Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmadı
21 yanvar 2020 16:40 (UTC +04:00)

Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmadı

 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, G. Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: “Gülər Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin olunmayıb. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsi Gülər Əhmədovanın namizədliyini qeydə almayıb. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G. Əhmədovanın təqdim etdiyi imzalardan təxmini 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan imzaların sayının az olduğu üçün Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.

# 1370
avatar

Oxşar yazılar