Keçmiş məhkumlar bu dəfə soyğunçuluq etdilər
18 yanvar 2020 15:02 (UTC +04:00)

Keçmiş məhkumlar bu dəfə soyğunçuluq etdilər

 

 

Yanvarın 17-də şəhər Sumqayıt şəhər sakini A.Qədirovanın telefonu soyğunçuluq yolu ilə əlindən alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Səfərov saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Digər soyğunçuluq hadisəsi paytaxtın Bakıda baş verib.

Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədov saxlanılıb.

Onun yanvarın 17-də rayon ərazisindəki kafelərin birinin sahibi, Bakı şəhər sakini C.Şahlarovun mobil telefonunu soyğunçuluq yolu ilə aldığı bildirilir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

# 954
avatar

Mehman Nəbiyev

Oxşar yazılar