1962
11:03
18 Yanvar 2020

Ağlagəlməz HADİSƏ: Evlənmək istəməyən bəyi "qaçırtdılar"

Kolumbiyanın Pitalito şəhərində bir neçə gün əvvəl təşkil olunan toy məclisi, bəyi silahlı şəxslərin qaçırması səbəbilə baş tutmayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, gəlin və ailəsinin böyük üzüntü yaşadığı hadisədən sonra ölkənin daxili işlər orqanları əməliyyat tədbirlərinə başlayaraq, şəhərin giriş-çıxış yolalrını bağlayıblar. Əməliyyat tədbirlərinin getdikcə ciddiləşdiyini görən bəyin dostları hadisəni törətdiklərini etiraf etməyə məcbur olublar.

Pitalito şəhər polis idarəsinin rəisi polkovnik Nestor Vargas, əməliyyat tədbirlərinin dayandırıldığını və bəyin evlərdən birində gizləndiyini açıqlayıb.

Şəhər əhalisinin hadisəyə lağ etməsindən qorxaraq şəhərin cənubundakı Caquetada gizlənən bəy haqqında, “əsassız məlumatla polisi aldatmasına görə” cinayət işi açılıb.