1565
14:14
16 Yanvar 2020

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hitlər” adlı konsert proqramı olacaq.

Lent.az xəbər verir ki, “IP Orchestra Azerbaijan” ifasında konsertdə AcDc, Metallica, Nirvana, Aerosmith, Green Day, Placebo, Blur, Corn, Rammstein, Queen, Led Zeppelin, Zemfira, Marlin Manson, Cranberries və s. ifaçı və qrupların bir-birindən maraqlı mahnıları səsləndiriləcək.

Gecənin xüsusi qonağı Əməkdar artist Şəhriyar İmanovdur.

Konsertə biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz.