Uşaq televiziyasına təlabatı hansı kanal ödəyir - YENİDƏN müraciət etməlidir
15 yanvar 2020 14:25 (UTC +04:00)

Uşaq televiziyasına təlabatı hansı kanal ödəyir - YENİDƏN müraciət etməlidir

Azərbaycanda ayrıca uşaq televiziyasının açılması müxtəlif vaxtlarda gündəmə gəlsə də, hələ ki reallaşmayıb. İndi hər evdə uşaqlar ya Türkiyənin ixtisaslaşmış uşaq kanalını izləyir, yaxud ümumiyyətlə televizora baxmırlar. Cizgi film, əyləncə və digər ehtiyaclarını, hətta ehtiyacı olanından artığını internet vasitəsilə əldə edir. Bütün günü telefon əlindən yerə düşmür. Belə bir reallıqda uşaq televiziya kanalı açmaq, uşaqların marağını çəkəcək verilişlər hazırlamaq da maraqlı layihələr tələb edir. Amma öncə ümumrespublika yayımı olan televiziya kanalını açmaq lazımdır.  

Milli Televiziya və Radio Şurasından (MTRŞ) Lent.az-a verilən məlumata görə, ixtisaslaşmış uşaq telekanalının açılması hər zaman şuranın gündəmində olub. Hazırda bu boşluq “Günəş” TV vasitəsilə ödənilir: “Hazırda Quba-Xaçmaz zonasında fəaliyyət göstərən “Günəş” televiziyası uşaq TV kimi fəaliyyət göstərir. Azərbaycanda yayımlanan bütün kabel televiziyalarına tövsiyə etmişik ki, bu TV-ni öz səbətlərinə salsınlar. Bunun səbəbi də odur ki, hazırda Azərbaycanda uşaq televiziyası yoxdur. Bizim tövsiyəmizlə televiziyalar bu kanalı öz səbətlərinə salıblar. Televiziya həm də peykdə yayımlanır”.

MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov isə bildirib ki, “Günəş” TV-nin lisenziyası Quba-Xaçmaz bölgəsi üçündür: “Televiziyanın  həmin bölgələrdə yerüstü yayımı olsa da, ölkə yayımçısı deyil. Sual yarana bilər: "TV peykə qədər gedib çıxır". Kabelləri də olduğu halda nə üçün indiyə kimi ümumölkə yayımçısı olmur? TV uşaq televiziyası olduğu üçün böyük ehtiyac yarandığından çox tamaşaçı kütləsinə çatması üçün bu cür yayımı təşkil olundu”.

İ.Məmmədov qeyd edib ki, TV lisenziyanı regional kanal kimi alsa da, sonradan uşaq kanalı kimi fəaliyyət göstərdi: “Əhaliyə görə TV-yə güzəştə getməklə kabel televiziyalarına və  peykə çıxmasına icazə verildi. TV ümumölkə yayımçısı olmaq üçün yenidən müraciət etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436

Oxşar yazılar