Yanvarın 13-də Əlahiddə Çevik Polis Alayının böyük idman zalında Yol Patrul Xidməti əməkdaşlarının yeni geyim formaları təqdim olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təqdimatda nazir, general-polkovnik Vilayət Eyvazov da iştirak edib və yeni geyim formalarının tətbiqi ilə əlaqədar sıra baxışı keçirib.