02:20
11 Yanvar 2020

Rusiya gəmisi ABŞ-a məxsus gəmi yaxınlığında təhlükəli manevr edib

Rusiyanın döyüş gəmisi Ərəbistan dənizinin şimal hissəsində ABŞ-a məxsus “Farragut” gəmisi yaxınlığında manevrlər edib.

APA CNN-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri bununla bağlı bəyanat yayaraq Rusiya gəmisinin bu hərəkətini təhlükəli hal kimi dəyərləndirib.

Bəyanatda bildirilib ki, cümə axşamı rus döyüş gəmisi Ərəbistan dənizinin şimalında planlı hərəkətlər edərək ABŞ-ın “Farragut” məhvedici gəmisinə yanaşma edib: “ABŞ rəsmiləri Rusiya gəmisinin bu hərəkətini təhlükəli və təxribat hesab edir”.

Dİgər xəbərlər