12:22
10 Yanvar 2020

“Qarabağ”ın sabiq qapıçısı şəxsi həyatından danışdı

2019-cu ilin son dörd ayını icarə əsasında “Qarabağ”da çıxış edən bosniya və herseqovinalı qapıçı Asmir Beqoviç vətənində müsahibə verib.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Bornmut” klubuna məxsus olan təcrübəli qolkiper şəxsi həyatı barədə danışıb.

- Həyat yoldaşınız Nikolu çoxları tanımır...
- O, Amerikada anadan olub. On yaşından sonra valideynləri ilə birlikdə İngiltərəyə köçüb və 17 il orada yaşayıb. Onun anası İngiltərədə anadan olub. Biz 2008-ci ilə qədər görüşdük və həmişə bir yerdə olduq. Karyeramla bağlı çox kömək etdi, daim yanımda oldu. Nikolun öz maraqları da var. Bu, onun karyerasıdır. O, çapardır və iddiaları böyükdür. Elə an oldu ki, oxusun, yoxsa karyerasını davam etdirməsini də düşündü. Həmin müddətdə də biz görüşürdük və uşağımız oldu. Sonra isə vəziyyət dəyişdi.

- Onunla ailə həyatı quracağınıza nə vaxt qərar verdiniz? Bunu ilk görüşünüz zamanı ağlınıza gətirərdiniz?

- Bunun belə və ya elə olacağını əvvəldən bilirdim deyən hər kəs yalan danışır. Çünki həyatda belə şeyləri heç vaxt bilmirsən. Bunu zaman keçdikcə bilmək olar. Amma görüşdüyün insanda xüsusi nə isə hiss etdiyini deyə bilərsən. Mən də Nikolu ilk dəfə görəndə belə hisslər keçirdim. Biz dərhal yaxın olduq. Onda başa düşdüm ki, çox şey edə bilərik.

- Harada tanış oldunuz?
- Portsmutda. Mən içmək üçün dostumla kafeyə getməyə razılaşdım. Nikolu da orada gördüm. Bu, hələ də bir tarixdir...

- Nikol Bosniya və Herseqovina barədə nə bilirdi?
- O, burada bir neçə dəfə olmuşdu. Bu, hər dəfə də xoş olub. Bosniya dilini öyrənməyə cəhd etsə də, bu, çox çətin idi. Amma istənilən halda bunu başa düşürəm. Çünki hansısa dildən istifadə etməyəndə onu öyrənmək daha çətin olur. Amma əksər bosniyalı sözlər başa düşülür.

Dİgər xəbərlər