12:23
07 Yanvar 2020

Bakı-İstanbul təyyarəsi Ankarada endi - SƏBƏB

İstanbulun Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar "Buta Airways" aviaşirkətinin J2-9103 nömrəli Bakı-İstanbul reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.

"APA-Economics"in "Buta Airways"ə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

"Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək", - aviaşirkətin məlumatında bildirilir.

Dİgər xəbərlər