12 nəfər spirtli içkilərdən zəhərlənib
07 yanvar 2020 12:05 (UTC +04:00)

12 nəfər spirtli içkilərdən zəhərlənib

 

“Bayram günlərində Kliniki Tibbi Mərkəzə spirtli içkilərlə əlaqədar 12 nəfər müraciət edib”.

Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, onlardan 2 nəfəri xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır olmadığına görə bir günə evə buraxılıblar.

4 nəfər isə dərmanların kənar təsiri nəticəsində yaranan allergik reaksiyalara görə xəstəxanaya qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2293

Oxşar yazılar