
Şəkərdən imtina etsək, nə baş verər?

Son illər əksər mütəxəssislər, dietoloqlar şəkər istifadəsinin zərərləri haqqında danışır, şəkərdən, tərkibində şəkər olan məhsullardan imtina etməyə çağırırlar.
e-tibb.az xəbər verir ki, buna baxmayaraq klinik tədqiqatlar şəkər çatışmazlığının xəstəliyə səbəb ola biləcəyini göstərir.
Şəkər ta qədim zamanlardan təhlükəli olmayan bir qida kimi tanınıb.
Şəkərin struktur analizinə əsasən, onun tərkibi fruktoza və qlükozadan ibarətdir. Fruktoza yağa çevrilə bilir, qlükoza isə birbaşa hüceyrələrə verilir, bədəni enerji ilə doyurur.
Şəkər qəbulunun artması ilə qlükoza glükogen ilə birləşir, reaksiya zamanı molekullar əzələlərdə və qaraciyərdə toplanır. Yüksək glükogen tərkibi ilə qlükoza yağlarda saxlanılır. Daim artan şəkər səviyyəsində, artıq çəki və şəkərli diabet kimi patologiyalara rast gəlinir.
Çox şəkər qəbulu təhlükəli sayılsa da, normal miqdarda yenə də faydalı hesab olunur. Şəkər qaraciyəri onu zəhərli maddələrdən təmizləyən dəstəkləyici funksiyasını təmin edir. Qlükoza, öz növbəsində, qaraciyər üçün qoruyucu rol oynayır.
Klinik tədqiqatlar şəkərin dalağın işinə də köməkçi olduğunu sübut edir. Qlükoza dalağa yığılan zərərli və zəhərli maddələri kənarlaşdırmağa yardım edir.
Şəkər beyini də qidalandırır, enerji ilə təmin edir. Normada qəbul edilən şəkər əslində insanın ömrünü artır.
Bundan əlavə, şəkər maddələr mübadiləsinə təsir göstərir, çünki qlükoza maddələr mübadiləsinin bütün proseslərində iştirak edir.
Şəkərin həddindən artıq istifadəsi isə şəkərli diabet, ürək və qan damarlarının patologiyalarına, piylənmə və mədəaltı vəzinin xəstəliklərinə səbəb olur.
Yetkin yaşda olan insan üçün normal gündəlik şəkər miqdarı 50 qramdır. Bu, təxminən 3 xörək qaşığı şəkər deməkdir.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16