“Tottenhem”in baş məşqçisi Joze Mourinyo VAR sisteminin işindən danışıb və onun adını VR kimi dəyişdirməyi təklif edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun fikrincə, hazırda hakimlər artıq hakim deyillər.
“Düşünürəm ki, VAR-ın adını dəyişmək lazımdır. Ona görə ki, onları video assistant hesab etmək düzgün deyil. VAR-ın VR – videoreferi adlandırılması daha düzgün olardı. Məhz onlar hakimdirlər”, - Mourinyo vurğulayıb.
Portuqaliyalı mütəxəssisin fikrincə, hakimlər meydanda artıq hakim deyillər və bunun hamısı qəribədir: “Onlar yalnız hakimin köməkçiləridir. Vacib qərarı isə ofisdə outran qəbul edir”.
Qeyd edək ki, “Tottenhem” yanvarın 1-də İngiltərə çempionatının 21-ci turunda “Sauthempton”la səfər oyununda 1:0 hesabı ilə məğlub olub. Mourinyo həmin oyunda VAR sistemi ilə mümkün bir cəzaya görə onbirmetrlik cərimə zərbəsi təyin olunması mümkünlüyündən danışarkən bunları söyləyib.