Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 23 yaşlı Hacıyeva Əfsanə Səməd qızı hamam otağında çimərkən dəm qazından zəhərlənib. Ailə üzvləri iki uşaq anası olan Əfsanə Hacıyevanın ölümündən gec xəbər tutublar.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.