Azərbaycanda daha bir ailə FACİƏSİ: Ərinin döydüyü qadın xəstəxanada öldü
29 dekabr 2019 09:42 (UTC +04:00)

Azərbaycanda daha bir ailə FACİƏSİ: Ərinin döydüyü qadın xəstəxanada öldü

Bakıda ərinin döydüyü qadının həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 26-da, saat 21 radələrində Zabrat-Pirşağı şossesində, “İstixana” deyilən yerdə baş verib. Əslən Goranboy rayonunun Təklə kəndindən olan Binəqədi rayonunda yaşayan 29 yaşlı Əliyev Yavər İlqar oğlu qısqanclıq zəminində arvadı, əslən Goranboyun, Xanqərvənd kəndindən olan 24 yaşlı Əliyeva Nuranə Fəyaz qızının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə vuraraq xəsarət yetirib.

N.Əliyeva 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və burada dünyasını dəyişib. Onun meyiti daxili müayinə üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. 

Faktla bağlı cinayət işi qaldırılıb. 

İ.Əliyevin cinayət əməli 127.1-ci maddədən 126.3-cü maddəyə tövsif edilərək, Sabunçu rayon Prokurorluğuna göndərilib.

# 4119
avatar

Mehman Nəbiyev

Oxşar yazılar