1701
18:32
30 Dekabr 2019

Yeni il süfrəsi necə hazırlanmalıdır? - FOTOLENT

İlin sonunda demək olar hər kəs öz ailəsi ilə süfrə başında təzə ili qarşılamağa hazırlaşır. Bu özəl gündə ailələrin əksəriyyəti öz zövqlərinə, maddi durumlarına uyğun süfrə hazırlayırlar. Yeni ili evdə yaxınları ilə qarşılayan xanımların arzusu möhtəşəm süfrə hazırlamaqdır. Bunun üçün isə öncə rənglərdən başlamaq lazımdır.

Lent.az Türkiyə mətbuatına istinadən daha modern və müasir süfrə hazırlamağın yollarını təqdim edir:

Klassik yeni il süfrəsi

Klassik yeni il tonları olan qırmızı, ağ, yaşıl rənglərlə yanaşı, yaşıl ilə qızılı sarını, ağ tonla gümüşü rəng birləşməsini də birlikdə istifadə edə bilərsiniz. Rəng seçiminə qərar verərkən, istifadə edəcəyiniz qab dəstlərini nəzərdən keçirin. Stolu hazırlayanda şam, salfet, şam ağacı budaqları və ya qoza kimi aksessuarlardan istifadə edə bilərsiniz. Qırmızı və yaşıl, yeni ilə ən uyğun rəngdir. Kristal stəkanlar, gümüşü qablar və şamdan kimi aksessuarlar süfrənizin bəzəyini tamamlayacaq.

Müasir yeni il süfrəsi

Müasir bir masa hazırlamaq üçün mütləq qızılı sarı rənglər seçməlisiniz. Bu rəngi boşqab və ya çəngəl-bıçaq dəstinizdə də istifadə edə bilərsiniz. Yorucu olmayacaq sadə bir ikinci rəng seçərək və onu aksessuarlarlada tətbiq edərək daha modern görünüş yarada bilərsiniz. Bundan başqa, süfrəyə uzun şamdanlar da qoymaq olar.

Kiçik süfrə

Rəngləri daha az istifadə etmək və daha minimal xərc çəkilən masa hazırlamaq istəyirsinizsə, gümüşü rəng doğru bir seçimdir. Məsələn, ağ və gümüşü rəngləri birləşdirərək daha zərif bir yemək masası ilə qonaqlarınızı ovsunlaya bilərsiniz. Bu rənglərə metalı tonlarda əlavə etmək olar. Bu cür süfrədə də uzun zərif və dekorsuz şamdanlardan istifadə etmək doğrudur. Qozalardan və ya qar yağışlarından istifadə edərək dekoru tamamlamaq mümkündür.