789
11:58
28 Dekabr 2019

"Həmvətənlərimizin dərhal ölkəmizə verilməsini tələb edirik" - Tural Gəncəliyev

"Ermənistanın cinayətkar rejimi tərəfindən həmvətənlərimizin qanunsuz şəkildə saxlanılmasını pisləyir və dərhal onların ölkəmizə verilməsini tələb edirik".

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, erməni tərəfi azərbaycanlı girovların ölkəmizə qaytarılmasından imtina edir: "Erməni tərəfi bildirir ki, orada saxlanılan azərbaycanlıların yaxınları ilə görüşdürülməsini təmin edə bilərlər. Lakin biz onların görüşdülməsinin yox, birdəfəlik Azərbaycan tərəfinə təhvil verilməsinin tərəfdadıyıq. Ermənistan tərəfi bizim həmvətənlərimizi qanunsuz şəkildə saxlayır. Öz doğma torpaqlarını, ata-babalarının məzarlarını ziyarət edən şəxsləri cinayətkarcasına yaxalayıb. Mesajımız budur ki, tezliklə girovlarımızı geri qaytarsınlar".