690
16:09
27 Dekabr 2019

Bakıda küçədə kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Küçədən 45-50 yaşlarında kişi meyiti tapılıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsinb Hacıyev İlahəddin Ayeddin oğlu olması müəyyən edilib. Onun yüksək dozada narkotikin təsirindən öldüyü bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.