2034
13:19
27 Dekabr 2019

FHN-dən Şirvanda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda 4 nəfərin ölümü ilə nəticələn yol qəzası ilə bağlı məlumat yayıb.

Lent.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan, 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Şirvanda avtomobilin beton sütuna çırpılması nəticəsində 4 nəfər ölüb.

Dİgər xəbərlər