757
13:32
26 Dekabr 2019

Müğənni Elnarədən yeni layihə - VİDEO

Müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısı və klipini təqdim edib.

Lent.az -ın məlumatına görə, “Naxçıvan yallısı” musiqisi üzərinə yazılan mahnının sözləri Ramin Xəlilov, aranjemanı Samir Şirinova məxsusdur.

Klipdə Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi DSX-nın Rəqs Ansmblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə “Sərhədçi” studiyasında ekranlaşdırılıb.

“Qarabağ atları” klipində dünyada tanınan və tarixi, məşhur Qarabağ atlarının uğuru, cəsurluğu, gücü, şücaətindən bəhs edilir.

Klipin çəkilişlər Binə Atçılıq Mərkəzində aparılıb. Ekran işində Qarabağ atlarının dünyanın ən böyük arenalarında dünyanı fəth edən çıxışlarından olan videomateriallardan da istifadə edilib.

Klipə bu linkdən baxa bilərsiniz: