Paytaxt məktəblisi qızıl medal qazandı - FOTOLENT
25 dekabr 2019 11:41 (UTC +04:00)

Paytaxt məktəblisi qızıl medal qazandı - FOTOLENT

Bakı məktəblilərinin müxtəlif beynəlxalq yarışlarda əldə etdiyi qələbələrin sayı durmadan artır.   

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 13 nömrəli tam orta məktəb üç şagirdinin qələbə sevincini birdən yaşayır. Belə ki, məktəbin XI sinif şagirdi Ləman Mehdizadə kempo idman növü üzrə Bakıda keçirilən Avropa çempionatında birinciliyi qazanaraq qızıl medal və diplomla təltif olunub.

Məktəbin IX sinif şagirdi Əlirza Rzayev idmanın kikboksinq növü üzrə dünya çempionatında II yeri qazanıb, gümüş medal və diploma layiq görülüb.

13 nömrəli tam orta məktəbin VII sinif şagirdi Aynurə Səfərova isə idmanın karate növü üzrə beynəlxalq yarışda II yerə çıxıb. O, gümüş medal və diplomla təltif edilib.

Paytaxtın 165 nömrəli tam orta məktəbinin X sinif şagirdi Tural Rzayev Bakıda keçirilən kempo idman növü üzrə açıq Avropa çempionatında qızıl medala layiq görülüb.

Ukraynada təşkil olunan karate üzrə beynəlxalq Oyama kiokuşin turnirində 159 nömrəli tam orta məktəbin VII sinif şagirdi Ülvi Qəhrəmanlı III yeri tutaraq medal, diplom və kubokla təltif olunub.

# 1426
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar