Sabah növbəti sosial evlər satışa çıxarılır
24 dekabr 2019 13:33 (UTC +04:00)

Sabah növbəti sosial evlər satışa çıxarılır

Dekabrın 25-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində qalan 248 mənzilin satışını həyata keçirəcək.

Lent.az məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 22 saylı binası üzrə 1 mənzil, 23 saylı binası üzrə 54 mənzil, 24 saylı binası üzrə 58 mənzil, 25 saylı binası üzrə 60 mənzil, 26 saylı binası üzrə 15 mənzil və 27 saylı binası üzrə 60 mənzilin, ümumilikdə 248 mənzilin satışı dekabrın 25-də saat 11:00-da başlayacaq və ayın 30-u saat 11:00-dək davam edəcək.

Bundan başqa, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 27-də saat 11:00-da başlayacaq və ayın 30-u saat 11:00-dək davam edəcək.

Əlavə edək ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064

Oxşar yazılar