777
19:13
20 Dekabr 2019

Karamelli piroqun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla karamelli piroqun hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Un, şəkər tozu, kərə yağı, yumurta, xama, vanil qabartma tozu, kakao.
Krem üçün: qaymaq, yağ, şəkər tozu.

Hazırlanması:

Yağı, unu və şəkər tozunu qatıb umac hazırlayırıq. Sonra qabartma tozunu, vanili əlavə edib qarışdırırıq. Yumurta ilə xamanı töküb xəmir yoğururuq. Xəmiri bir az kənarda saxlayıb yuxa şəklində açırıq. Üzərinə otaq temperaturunda isitdiyimiz yağı çəkirik. Şəkər tozu və kakao səpirik. Rulet şəklində kəsirik və soba qabına yerləşdirib bişiririk.

Kremi hazırlamaq üçün qaba şəkər tozunu əlavə edib, ocağa qoyuruq. Şəkər tozu əridikdən sonra yağı, yağ əriyəndən sonra qaymağı əlavə edirik. Sous hazır olduqda ocağı söndürürük. Piroq bişdikdən sonra sobadan çıxarırıq. Soyudub üzərinə sousu əlavə edirik. Sonra servis edirik.

Nuş olsun!