17:27
20 Dekabr 2019

Roza Zərgərliyə mükafat verildi - Azərbaycandan kənarda...

Müğənni Roza Zərgərli Qazaxıstanda "Qazax Music Awards" mükafatına layiq görülüb.

Lent.az xəbər verir ki, türk dövlətlərinin qatılacağı gecə dekabrın 22-də "Almaty Arena"da keçiriləcək. Qazaxıstanın milli mükafatlandırma gecəsində Zərgərli özü də iştirak edəcək. O, mükafatını almaq üçün bu günlərdə yola düşəcək. Tədbirdə maraqlı şoular, iştirakçıların çıxışları yer alacaq.

Mərasimin aparıcılığını Qazaxıstanın Əməkdar artisti Tamara Asar, aparıcı Aygün Mukey, aktyor-aparıcı Alişer Aset, aparıcı Baurcan Satov edəcəklər.

Dİgər xəbərlər