1209
09:44
19 Dekabr 2019

Azərbaycanda heroin satan dəstə üzvləri ifşa edilib - FOTO

Xaçmazda külli miqdarda heroin dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Lent.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 65 yaşlı Telman Abasov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar olunub.

Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini T.Abasova satmaqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri ifşa edilib. Araşdırmalarla onların Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Rahim Əhmədov, Sumqayıt şəhər sakinləri 32 yaşlı Zaur İbrahimov və 36 yaşlı Əliağa Novruzov olduqları məlum olub. Həmin şəxslər Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətiriliblər. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan çox satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı hər üç şəxs narkotik maddələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər