Dünyanın ən bahalı avtomobili gələn il satışa çıxarılacaq
18 dekabr 2019 19:19 (UTC +04:00)

Dünyanın ən bahalı avtomobili gələn il satışa çıxarılacaq


 
Britaniyanın Lotus avtomobil istehsalçısı dünyanın ən güclü maşınını burxamaq niyyətindədir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Evija adı verilən yeni avtomobil “Lotus”un son 10 ildə ilk modeli olacaq. Avtomobilin dəyəri 1,7 milyon funt sterlinq qiymətləndirilir. Bu isə o deməkdir ki, dünyanın ən bahalı avtomobil modeli olacaq.

“Evija”nın istehsalına 2020-ci ilin yayında start verilməsi nəzərdə tutulur. Ümumilikdə 130 ədəd avtomobilin buraxılması planlaşdırılır.

Avtomobilə 1972 at gücünə sahib bir mühərrik quraşdırılacaq. 100-ə qədər sürəti yığması üçün 3 saniyədən az vaxt tələb olunur. Maksimum sürəti saatda 360 kilometr olacaq.

Yeni avtomobil karbon-keramika əyləcləri və saatda 400 kilometrə qədər sürətə davamlı Pirellinin şinləri ilə təchiz ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2588
avatar

Oxşar yazılar