392
11:07
18 Dekabr 2019

Bakıda məcburi köçkün itkin düşdü

Bakıda qadın itkin düşüb.

Lent.az -ın məlumatına görə, Yasamal rayonu, Tbilisi prospektindən yaşayan Zəngilan rayonundan olan məcburi köçkün, 33 yaşlı Məmmədova Aygün Mustafa qızı dekabrın 15-də işə getmək adı ilə evdən çıxıb və bir daha qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.