1412
10:35
18 Dekabr 2019

Ələkbər Aqşinə dediklərinə görə peşman oldu, VİDEOLARINI ÇƏKDİLƏR

Bir neçə gün öncə qalmqal yaşayan meyxanaçı Ələkbər Yasamallı ilə Aqşin Fateh barışıb.

Lent.az -ın məlumatına görə, söz ustaları barışıqlarını İnstaqram vasitəsi ilə bildiriblər. Onlar dedikləri sözə görə bir-birlərindən halallıq istəyiblər.

Qeyd edək ki, Ələkbər Aqşin barədə bu sözləri demişdi: "Sənə ikinci dəfə şans verdim. Kərimlə olan söhbətdə sənə dəstək oldum. Amma üçüncü dəfə get tullan. Sən kim, mən kim. Bizim aramızda böyük fərqlər var. Sən özün qəşəng bilirsən, nə fərqlərdir. Nömrə 1 söhbəti edir. Mənim yanımda Aqşin etdiyin hərəkətlərə görə nömrən sıfırdı. Gəl mən olan restorana. Çıxanda da görüşə bilərik".

Daha sonra Aqşin sosial şəbəkədə video paylaşaraq, Ələkbər barədə bu sözləri vurğulamışdı:

“Mənə çox adamlar zəng edir. Çox ayığam, yaxşı açıqlama verəcəm. Ələkbər haqqımda nələr dedi, sonra da məni söhbətə çağırdı. Təbii ki, həmin saatda onun yanına getdim. Ələkbər 2 gündür söhbətə gəlib çıxa bilmədi. Kişi kişini İnstaqramla söhbətə çağırar? Kişi kişinin sirrini sosial şəbəkədə açıb deyər? Bir kişinin kişi ilə sözü olarsa, üzbəüz həll edər. Mən sülhün tərəfdarıyam. Amma gərək hər iki tərəfdən addım atılar. Dünəndən gözləyirəm ki, Ələkbər çıxıb sözlərinə aydınlıq gətirsin, bu məsələ bağlansın. Allahdan başqa heç kimdən qorxmuram. Bu 1-2 ay ərzində bəzi müğənnilərin açıqlamalarına cavab verməmişəmsə, bu mənim ədəbimdən və onların şəxsiyyətinin hansı səviyyədə olmasından xəbər verib. Ələkbəri kişi bildiyimə görə, sözüm olanda özünə zəng etmişəm. Hər zaman hər kəsin qabağında alnım açıqdır. Ələkbərdən atacağı addımı gözləyirik”.