11888
09:35
17 Dekabr 2019

Övladını uşaqlar evinə qoydu, ermənini övladlığa götürdü, 51 il sonra tapdı - ŞOK - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində daha bir ananı övladına qovuşdurub. Lent.az -ın məlumatına görə, erməni ailəsinin övladlığa götürüb Ermənistana apardığı Eldəniz Məmmədov (Armen) doğma anası Qəndab Əhmədovayla görüşüb.

Ana ilə balanın görüşü Eldənizin hazırda yaşadığı Rusiyanın Rostov şəhərində olub.

Qeyd edək ki, Qəndab Əhmədova 14 yaşı olarkən qohumu tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə onu qaçıran şəxs həbs olunur və 8 il azadlıqdan məhrum edilir. Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur. Beləliklə, 1 yanvar 1968-ci ildə qaçırılan Qəndab 13 oktyabr 1968-ci tarixində oğlu Eldənizi dünyaya gətirir. Uşağa ananın soyadı verilir. Əhmədova Qəndab xanımın qızlıq soyadı Məmmədovdur. Beləliklə, doğulan körpənin doğum şəhadətnaməsində Eldəniz Məmmədov Famil oğlu yazılır. Qəndabın ailəsi bu uşağı qəbul etmir və atılır. Faciə də bundan sonra başlayır...

Onun 51 il əvvəl - 1968-ci ildə dünyaya gətirdiyi oğlu erməni ailəsinə övladlığa verilib. Erməni ailə Eldənizi Körpələr Evindən götürdükdən sonra adını dəyişib Armen qoyur. 1988-ci ildə ailə gecə ilə Azərbaycanı tərk edərək Ermənistana köçür. Armen Ermənistanda kollec bitirib və orada həqiqi hərbi xidmətdə olub. Onun azərbaycanlı olması hər kəsdən gizli saxlanılır. Analığı ölən günü bu sirri Armenin əmisi oğlu Robertə açır və Robertə tapşırır ki, onu Ermənistandan çıxarsın.

Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana olmur. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər.