“Qəbələ” uğurları ilə hamını sevindirəcək” - Elmar Baxşıyev
15 dekabr 2019 18:29 (UTC +04:00)

“Qəbələ” uğurları ilə hamını sevindirəcək” - Elmar Baxşıyev

“Kubok fərqli bir turnirdir. Oyunun çətin olacağını bilirdik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin məşqçisi Elmar Baxşıyev deyib.

39 yaşlı çalışdırıcı Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sabah”la matçdan (3:0) sonra görüş barədə fikirlərini açıqlayıb: “İlk matçı evdə keçirdiyimiz üçün həm hücumda, həm də müdafiədə yaxşı oynamağa çalışırdıq. Bəzi epizodlarda bunu həyata keçirə bildik. Amma ümumi götürsək, tam oyundan razı qalmadım. Ülvi İsgəndərovun meydana daxil olması ilə hücum və ya müdafiəni gücləndirmək fikrimiz yox idi. Sadəcə hiss edirdik ki, rəqib daha çox hücum edəcək. Buna görə meydana bir hücumçu buraxıb, ön  xətdə daha çox olmağa çalışdıq. Bu da öz faydasını verdi. Cavab qarşılaşması öncəsi şanslar 50-nin 50-yədir. Kubokda sürpriz ola bilər. Komandanı çətin oyuna kökləyəcəyik. Qırmızı vərəqəyə gəlincə, bunu normal qiymətləndirirəm. Bu, oyun epizodunda baş verdi”.

E.Baxşıyev oyunsonrası mətbuat konfransında qış fasiləsində heyətdə baş verə biləcək dəyişikliklər, həmçinin “Qəbələ”nin gələcək taleyi barədə sualı da cavablandırıb: “Qarşıda daha bir oyunumuz var. Bu səbəbdən yanvarda heyətdə ola biləcək dəyişikliklərdən danışmağa tələsməyək. Bütün futbolçulara şans veririk. İlk “11-liy”ə layiq olan oyunçular da meydana çıxır. “Qəbələ”ni Azərbaycan futbolunun bir etalonu, bir flaqmanı hesab edirəm. Yaxşı nəticələri olub. Azərbaycan və Avropada tanınmış klubdur. İnanıram ki, “Qəbələ” uğurları və nəticələri ilə hamını sevindirəcək”.

# 1433
avatar

Oxşar yazılar