
"Brilliant Dadaşovaya onu yaraşdırmadım" - Lalə
Əməkdar artist Lalə Məmmədova ilk dəfə Xalq artisti Brilliant Dadaşova ilə aralarındakı qalmaqaldan danışıb.
"Söhbətsiz" verilişinə qonaq olan müğənni aparıcı Samir Bayramlının bununla bağlı suallarını cavablandırıb.
L.Məmmədova B.Dadaşovayla ilə danışmamaqlarının səbəbini açıqlayıb:
"Bir dəfə qalmaqal yox, açıqlama olmuşdu. İllər əvvəl mənə sual ünvanlandı ki, bənzəyirsiniz. Dedim ki, illər əvvəl Şövkət Ələkbərova ilə Nərminə adlı müğənni olub. Bənzəyiblər. Düşmən idilər? Bəlkə, mən ondan əvvəl doğulsaydım, onu mənə bənzədərdilər. "Mənim anam yaşında" bu söyüş deyil. Sadəcə, cümləni kobud təqdim etdilər.
Amma qarşı tərəfə ünvanıma dediklərini yaraşdırmadım. Daha müdrik cavab verərdi. Mənə demişdi ki, onun anası yaşındayamsa, mənim nənəmə oxşayır. Sənətkar olaraq, çox yüksəklərdədir. Ondan gözləmirdim. Ondan əvvəl harda görürdüm, qabağına qaçırdım. Bacıları ilə də münasibətim var idi.
Bir dəfə tədbirdə idik. Mən oxuyanda, onu rəqsə dəvət etdilər. Yaxınlaşdım ona "salam" verdim. Dedi, "Salam, canım". Bir həftə sonra onu efirə çağırdılar. Orada ona sual verdilər: Lalə Məmmədova sizin qohumunuzdur? Qayıtdı ki, o, kimdir? Aparıcı dedi, "Məktəb illəri". Dedi, yaxşı mahnıdır. Necə bunu deyə bilərdi? Sənətkardır, amma bu, o demək deyil ki, nə gəldi desin. Efirdə çıxıb yaşlı-başlı sənətkarlar "mən-mən" deməməlidir".
(Axşam.az)

Oxşar yazılar

Ronaldo titul sayında Xaviyə çatdı
21 yanvar 2021 , 15:36
Kamil Zeynallı CANLI YAYIMDA
21 yanvar 2021 , 15:00
Sevda efirdə AĞLADI - VİDEO
21 yanvar 2021 , 13:31
Azərbaycanlı müğənni Türkiyədə hədəfdədi
21 yanvar 2021 , 13:15
"Azadlıqda gəzməyimi bu insana borcluyam" - Manaf Ağayev - VİDEO
21 yanvar 2021 , 10:35
Milyarderlə evlənəcək bu məşhur gündəm oldu-FOTO
21 yanvar 2021 , 09:10
Bu da aşıq Zülfiyyənin DƏBDƏBƏLİ EVİ - VİDEO
19 yanvar 2021 , 14:59
Oğlu boşandı, Mətanətin adın dəyişdilər – QALMAQAL BÖYÜDÜ
19 yanvar 2021 , 13:39