15:16
14 Dekabr 2019

12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə üz tutdu

Bakıda 12 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyev barəsindəki hökmdən kasasiya şikayəti verib.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxsin şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmənin baxış iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. o, ümumilikdə 12 milyon manat mənimsəməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Dİgər xəbərlər