1423
19:56
13 Dekabr 2019

Aşkar edilmiş yeni qara dəlik bütün elmi nəzəriyyələri alt-üst etdi

Qara dəliklər Günəşin kütləsindən dəfələrlə daha çox kütləyə sahib kosmik obyektlərdir. Daha öncədən güman edilirdi ki, bizim Süd Yolu qalaktikamızda Günəşin kütləsindən 25 dəfədən daha yüksək kütləli qara dəliyin yaranması qeyri-mümkündür.

Lent.az "technote"a istinadən xəbər veirir ki, son müşahidələr məlum olan bütün nəzəriyyələri heçə sayan belə bir oyekti aşkar etməyə imkan veriblər.

Belə ki, çinli tədqiqatçılardan ibarət qrup Günəş kütləsini 68 dəfə üstələyən qara dəliyi aşkar ediblər. Bu isə bizim qalaktikamızda olan ən ağır obyektlərdən 3 dəfə yüksəkdir. Süd Yolu qalaktikasının ölçüsünün 200.000 işıq ilindən daha böyük olduğunu nəzərə alaraq aşkar edilmiş yeni qara dəlik Yer kürəsinə yaxın məsafədə yerləşir. Yəni 13.800 işıq ili.

Sözügedən obyekt Çində olan LAMOST adlı çoxobyektivli teleskop vasitəsilə qravitasiya dalğaları sayəsində aşkar edilib. Maraqlısı ondadır ki, bu qara dəlik tamamilə təsadüfi şəkildə aşkar edilib. İlk öncə alimlər aktiv olmayan qara dəliklərin ətrafında dövr edən ulduzların axtarılması ilə məşğul olurdular. Yüksək kütləli qara dəliyin aşkar edilməsi isə LB-1 adlı ulduzun müşahidəsi zamanı baş verib. Həmin ulduzun kütləsi Günəşin kütləsindən 8 dəfə böyükdür və o hər 79 gün ərzində qara dəlik ətrafında dövr edir. Bu kəşf öz növbəsində digər teleskoplar vasitəsilə də təsdiqlənib.

Qeyd etmək lazımdır ki, qara dəliyin kütləsi təqribi məsafədən asılıdır. Məhz bu məqamda tədqiqatçılar arasında mübahisə yaranır. Belə ki, avropalı astronomlar Gaia adlı orbital teleskopun məlumatlarına əsaslanaraq qeyd edirlər ki, aşkar edilmiş qara dəliyə kimi olan məsafə 7000 işıq ilidir. Bu isə o deməkdir ki.onun kütləsi Günəşin kütləsindən sadəcə 10 dəfə böyükdür. Çinli alimlər isə bu cür hesablamalar ilə razılaşmırlar. Onların sözlərinə əsasən əgər LB-1 ulduzu bizə yaxın olsaydı o daha az parlaqlıq və daha az kütləlik sərgiləyəcəkdi. Bundan əlavə olaraq son zamanlarda alimlər zaman-məkan modelində uzaq qalaktikalardakı qara dəliklərin toqquşmaları nəticəsində yaranan kiçik dalğalanmaları müşahidə edirlər. Əldə edilmiş məlumatlara əsasən bu cür qara dəliklər əvvəlcədən düşünüldüyündən daha böyükdürlər.