Rusiyada terror törətməyə hazırlaşan 5 nəfər saxlanıldı
13 dekabr 2019 16:33 (UTC +04:00)

Rusiyada terror törətməyə hazırlaşan 5 nəfər saxlanıldı

Rusiyada terror aktları törətməyə hazırlaşan 5 İŞİD döyüşçüsü həbs edilib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, terrorçulardan iki nəfəri Rusiya, üç nəfəri isə Orta Asiya respublikalarının vətəndaşlarıdır.

Axtarış zamanı həbs edilən şəxslərin yaşadıqları evdən silah-sursat aşkarlanıb.  

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam edir.

# 815
avatar

Oxşar yazılar