Qadına qarşı soyğunçuluq etdi
12 dekabr 2019 19:07 (UTC +04:00)

Qadına qarşı soyğunçuluq etdi

 

 

Sumqayıt sakininə qarşı soyğunçuluq edilib.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Kimyaçılar qəsəbə sakini M.Quliyevaya zor tətbiq edib içərisində 230 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini R.Məhərrəmov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

# 845
avatar

Mehman Nəbiyev

Oxşar yazılar