Braziliya prezidenti dəri xərçənginə tutulma ehtimalından danışdı
12 dekabr 2019 07:48 (UTC +04:00)

Braziliya prezidenti dəri xərçənginə tutulma ehtimalından danışdı

 

 

Braziliya Prezidenti Cair Bolsonaru çərşənbə günü onda xərçəng xəstəliyinin ola biləcəyini söyləyib. 

APA TASS-a istinadən xəbər verir ki, Bolsonaru bu buarədə Prezident İqamətgahında jurnalistlət qarşısında çıxışı zamanı bildirib.

"Məndə zərif dəri var, mən həyatımda çox balıq tutmuşam, aktiv həyat tərzinə üstünlük verirəm. Buna görə də dəri xərçənginin olma ehtimalı var" – deyə, prezident qeyd edib. 

"Globo" qəzetinin yazdığına görə, dövlət başçısı əlavə edib ki, Braziliya Səhiyyə Nazirliyinin statistikasına görə, dəridə xərçəng ölkədəki bədxassəli şişlərin üçdə birini təşkil edir: “Bu, ən çox 40 yaşdan yuxarı zərif dərisi olan insanlarda müşahidə edilir. Xəstəliyin inkişafına kömək edən risk faktorları arasında dərinin uzun müddət günəşə şüasına məruz qalmasıdır”.

Jurnalistlər Bolsonarunun səhhətilə bağlı soruşduqda o, suala zarafatla cavab verib: "Mourau (Antoniu Hamilton – ölkənin vitse-prezidenti – red.) yenə də ikinci şəxs olacaq". 

Qeyd edək ki, Braziliya konstitusiyasına görə, vitse-prezident dövlət başçısı ölərsə, onu əvəzləyir.

# 790
avatar

Oxşar yazılar