Qadın keçmiş məhkum oğurluğa görə saxlanıldı
11 dekabr 2019 19:08 (UTC +04:00)

Qadın keçmiş məhkum oğurluğa görə saxlanıldı

 

İsmayıllıda evdən 5000 manat və 850 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 850 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mahmudova saxlanılıb.

# 790
avatar

Mehman Nəbiyev

Oxşar yazılar