Rus nazir Amerikada: Azərbaycan xalçaları nəyə şahidlik etdi? - FOTOFAKT
11 dekabr 2019 16:00 (UTC +04:00)

Rus nazir Amerikada: Azərbaycan xalçaları nəyə şahidlik etdi? - FOTOFAKT

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz Facebook səhifəsində maraqlı paylaşım edib. Lent.az-ın məlumatına görə, xanım Zaxarova əvvəlcə Lavrovun dekabrın 10-da ABŞ-a rəsmi səfəri çərçivəsində bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşünə toxunub. Daha sonra isə nazirin Dövlət Departamentində fəxri qonaqlar üçün nəzərdə tutulmuş kitabda etdiyi qeyd apardığı anın görüntüsünü paylaşıb. Həmin qeydlərin edildiyi otaqda ən çox nəzərə çarpan isə döşəmədəki xalçalar olub.

Lent.az-ın araşdırmasına görə, həmin xalçalar Azərbaycan xalçalarıdı. Və Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan “Bico xalçaları”na aiddir.

Əslində, Bico xalçalarının ABŞ və digər Qərb dövlətlərinin muzeylərində təsadüf edilməsi adi haldır. Bununla belə, şəxsi kolleksiyalarda da qədim Bico xalçaları saxlanılır. Məsələn, İtaliyada Alberto Levi qalereyasında, Böyük Britaniyada Vayne Barronun, Norveçdə Petter Haugun və digər şəxslərin kolleksiyalarında Bico xalçalarına rast gəlmək mümkündür. O ki qaldı ABŞ-a, 2008-ci ildə Nyu-York hərracında 1900-cü ildə toxunmuş şəkildə gördüyünüz bu Bico xalçası 6250 dolara satılıb.

Amma xanım Zaxarovanın paylaşımında gördüyünüz həmin o xalça deyil. Araşdırmamız zamanı bir mənbə, adıgedən xalçaların – onların sayı ikidir - ABŞ prezidentinə bağışlandığını bildirib. Mənbənin dediyinə görə, həmin xalçaları əslən bakılı, “Rossiya” telekanalının məşhur “Formula vlasti” verilişinin aparıcısı Mixail Qusman keçmiş prezident Barak Obamaya bağışlayıb. Amma qeyd edək ki, bu hələ tam dəqiq məlumat deyil. Sadəcə, ehtimaldı. Odur ki, elə özümüz də qarışıq bir maraqlı araşdırmaya start veririk? Bəs görəsən, həmin xalçalar Departamentə necə gedib çıxıb?

Yeri gəlmişkən, xanım Zaxarovanın paylaşımı altında bəzi ermənilər xalçaların erməni xalçası olduğunu yazılar. Amma rəy bildirənlər ya onlar gülür, ya da iqnor edirlər. Əksəriyyət Departamentdəki xalçaların Azərbaycan ilmə məktəbinə aid olduğunu deyir.

# 3579
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar