Azərbaycanlı həkimə 5 milyon  avro mükafat verildi
11 dekabr 2019 09:33 (UTC +04:00)

Azərbaycanlı həkimə 5 milyon avro mükafat verildi

6 aparıcı nevroloq 30 milyon avro ilə mükafatlandırılıb.

Lent.az xəbər verir ki, bu barədə Diasporla işüzrə Dövlət komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı öz "Facebook" profilində məlumat verib. O, paylaşımında nüfuzlu Lundbeck fondunun dünyanın altı aparıcı nevroloqunu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon euro) məbləğində mükafatla təltif etdiyini qeyd edib:

"Bu haqda Danimarkanın Lundbek Fondunun rəsmi saytı xəbər yayıb. Mükafata layiq görülənlər arasında həmyerlimiz, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina da var. Hazırda Danimarkada yaşayan Məsud bəy 5.3 milyon euro məbləğində mükafata layiq görülüb. Məsud Aşinanı təbrik edir, işində uğur arzulayırıq".

# 1789
avatar

Oxşar yazılar