Türkiyə prezidentinin sözçüsü Nobel mükafatına qarşı: "Qərar ləğv edilsin"
07 dekabr 2019 14:55 (UTC +04:00)

Türkiyə prezidentinin sözçüsü Nobel mükafatına qarşı: "Qərar ləğv edilsin"

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ədəbiyyat üzrə Nobel Mükafatının Srebrenitsa soyqırımını rədd edən və Serbiya müharibəsinin cinayətkarlarını müdafiə edən Avstriya yazıçısı Peter Handkeyə verilməsi qərarının ləğv edilməsi ilə bağlı çağrış edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kalın, Twitter hesabından etdiyi paylaşımda builki Ədəbiyyat üzrə Nobel Mükafatının keçmiş Serbiya lideri Slobodan Miloseviçi dəstəkləyən və Bosniya soyqırımını inkar edən yazıçıya bazar ertəsi günü veriləcəyini xatırladıb.

Kalın bildirib ki, bu mənasız və utancverici qərar ləğv edilməlidir: "Nobel Prize vicdanı olmayan insanı necə mükafatlandıra bilər? Yeni soyqırımı təşviq etmək üçün? "- deyə, sözçü əlavə edib.

 

# 1408
avatar

Aygün İbrahimli

Oxşar yazılar