Əli Əhmədov: "YAP parlamentdə öz çoxluğunu qoruyub saxlayacaq"
06 dekabr 2019 11:30 (UTC +04:00)

Əli Əhmədov: "YAP parlamentdə öz çoxluğunu qoruyub saxlayacaq"

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar seçkilərlə bağlı imzaladığı sərəncama münasibət bildirib.

Lent.az-ın məlumatına görə, Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkilərinin keçirilməsində yaxından iştirak edəcək:

“Bununla bağlı namizədlərimizi irəli sürəcəyik. YAP-ın sədri İlham Əliyevin Azərbaycanda kifayət qədər yüksək reytinqinin olması bizə bu inamı verir ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin  böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaqlar. Beləliklə də YAP Azərbaycanın parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək. 

Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Beləliklə biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahat strategiyasına hakimiyyətin digər bir qolunun da qoşulmasının şahidi oluruq. Yəni, parlamentin və qanunverici hakimiyyətin də islahatlar sferasına cəlb olunması bütövlükdə Azərbaycanda islahatların, yeniləşmənin, müasirləşmənin daha böyük sürətlə və daha intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”.

# 1318
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar