Parisdə kütləvi etirazlar nəticəsində metro bağlanıb, aviareyslər təxirə salınıb
06 dekabr 2019 05:16 (UTC +04:00)

Parisdə kütləvi etirazlar nəticəsində metro bağlanıb, aviareyslər təxirə salınıb

Prezident Emmanuel Makronun pensiya sistemini dəyişdirmək planları ölkədə ümummilli tətillərə səbəb olub.  

APA TASS-a istinadən xəbə verir ki, etiraz aksiyası zamanı yerli polis tərəfindən 90 nümayişçi saxlanılıb.  “Voiceamerica”nın yaydığı məlumatda isə bildirilir ki, müxtəlif həmkarlar ittifaqları üzvləri, müəllimlər, eləcə də yük maşını sürücüləri küçələrə axın ediblər.  Polis etirazların baş qaldırdığı küçələrdə yerləşən dükan, kafe və restoranların bir günlük bağlanmasına göstərişi verib. Eyni zamanda Prezident Sarayının ətrafı hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.  Otellər tərəfindən turistlərin Parisə səyahət planının təxirə saldığı bildirilir. Metro sisteminin böyük hissəsi bağlanıb. Paris hava limanlarında təyyarələrin 20 faizi uçuşunu dayandırıb.   Qeyd edək ki, Parisdə etirazlar Fransa Prezidenti Emmanuel Makronun pensiya sistemində həyata keçirmək istədiyi islahatların detallarını açıqladıqdan sonra baş verib. O, ölkə iqtisadiyyatının daha rəqabətli olması üçün pensiya islahatlarının vacibliyini söyləyib.

# 690
avatar

Oxşar yazılar