Azərbaycanlı Moskvada ilin həkimi seçildi
05 dekabr 2019 14:04 (UTC +04:00)

Azərbaycanlı Moskvada ilin həkimi seçildi

Rusiya prezidenti İşlər İdarəsi Mərkəzi Dövlət Tibb Akademiyasının Cərrahiyyə kafedrasının dosenti, tibb elmləri namizədi Mürşüdlü Rəşad Çingiz oğlu 3 mərhələli seçim nəticəsində Moskva şəhəri Səhiyyə Departamenti tərəfindən "Moskva həkimi" fəxri ada layiq görülüb.

Bu barədə Lent.az-a Rəşadın yaxın qohumu Məlahət Mürşüdlü məlumat verib.

O bildirib ki, Rəşad 1987-ci ildə Nəsimi rayonundakı 14 saylı məktəbi gümüş medalla bitirib:

“Elə həmin il imtahan verərək Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. İki il sonra 1989-cu ildə köçürülmə yolu ilə təhsilini 2-ci Moskva Dövlət Tibb Universitetində davam etdirib. İnstitutu əla qiymətlərə başa vuraraq ordinaturaya qəbul olunub. 2003-cü ildə namizədlik dissertasiyasını müdafiə edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548

Oxşar yazılar