İraqda nümayişlər zamanı İranın Baş Konsulluğu 3-cü dəfə yandırıldı
04 dekabr 2019 08:31 (UTC +04:00)

İraqda nümayişlər zamanı İranın Baş Konsulluğu 3-cü dəfə yandırıldı

 

İraqın cənubunda şiələrin yaşadığı Nəcəf vilayətində hökumət əleyhinə nümayişlər zamanı etirazçılar tərəfindən İranın Baş Konsulluğunun binası növbəti dəfə yandırılıb.

 APA CNN-ə istinadən xəbər verir ki, son günlərdə baş verən etiraz aksiyalarında İranın Nəcəfdə yerləşən Baş Konsulluğu artıq üçüncü dəfədir ki, yandırılır.

Qeyd edək ki, rəsmi Tehran ötən dəfələrdə analoji hadisə baş verərkən İraq hökumətinə etirazını bildirmişdi. İraqın Xarici İşlər naziri Məhəmməd əl-Hakim konsulluğun yandırıldığına görə iranlı həmkarı Cavad Zərifdən üzr istəmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar