614
19:47
03 Dekabr 2019

Zəncirvari yol qəzası: xəsarət alanlar var

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhər stadionu yaxınlığında qeydə alınıb. “Lada”, “Kia” və “Mercedes” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada iki nəfər xəsarət alıb. Yaralılar – 1996-cı il təvəllüdlü İsgəndərova Zərifə Akif qızı və 1991-ci il təvəllüdlü Təhməzov Ruslan Fərhad oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.