Oğurluq etdiyinə görə tutulan şəxslərin digər əməllərinin də üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Oğurluq etdiklərinə görə tutulan S.Əliyevin, E.Həsənovun və E.Xamtayevin ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Qəbələ, Şamaxı, Göyçay və Oğuz RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların həmin rayonlar ərazisində yardımçı təsərrüfatlardan ümumilikdə 57 baş qoyun oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.