469
11:06
29 Noyabr 2019

“Silva” növbəti dəfə oynanılacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri növbəti dəfə rusdilli tamaşaçıların ixtiyarına veriləcək.

Lent.az xəbər verir ki, dekabrın 20-də nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, quruluşçu baletmeysterləri - əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.

Dİgər xəbərlər