5685
15:21
28 Noyabr 2019

Bu deputatlar parlamentin buraxılması üçün MM-ə müraciət etdilər


Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

YAP icra katibi qeyd edib ki, ölkədə gedən islahatların tam sistemli xarakter alması, qarşıya qoyulan vəzifələrə nail olunması islahatların bütün hakimiyyət qollarını əhatə etməsini tələb edir: “YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qanunvericilik sferasından kənarda qalmamalıdır. Bu gün YAP Siyasi Şurasında bu, məqsədəuyğun sayılıb. Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdiriblər. Azərbaycan parlamentinin də yeniləşməsi Prezidentin islahatların konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Son referenduma əsasən, Prezidentin müəyyən şərtlər daxilində parlamenti buraxmaq səlahiyyəti var. Bu da islahatlar konsepsiyasının daha sistemli və geniş şəkildə həyata keçirilməsinə zəmin yarada bilər”.