Sumqayıtda 39 nəfər qazdan zəhərlənib
28 noyabr 2019 11:01 (UTC +04:00)

Sumqayıtda 39 nəfər qazdan zəhərlənib

Bu ay Sumqayıtda dəm qazı zəhərlənməsi ilə bağlı 39 nəfər həkimə müraciət edib.

Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, noyabr ayı ərzində dəm qazı zəhərlənəsi ilə daxil olan 39 nəfərdən 20-nin vəziyyəti ağır olub. Zəhərlənənlərdən 5-i azyaşlı olub. Onların arasında ölüm halı qeydə alınmayıb.

Zəhərlənmə halları əsasən fərdi yaşayış evlərində baş verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530

Oxşar yazılar