871
11:39
26 Noyabr 2019

Bakıda Çarli Çaplinin 130 illiyi qeyd olunacaq

Noyabrın 28-də Nizami Kino Mərkəzində dünya kinosunun ulduzu Çarli Çaplinin 130 illiyinə həsr olunan tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyindən Lent.az -a bildirilib ki, gecəni Əməkdar incəsənət xadimi Ayaz Salayev aparacaq. Tədbirdə tamaşaçılar dünya şöhrətli aktyor haqqında maraqlı məlumatlar əldə edəcək, onun bəstələdiyi musiqini eşidəcəklər.