Kondisioner oğurlayan keçmiş məhkumlar saxlanıldı
18 noyabr 2019 19:14 (UTC +04:00)

Kondisioner oğurlayan keçmiş məhkumlar saxlanıldı

Sabunçuda oğurluq baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən kondisioner oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Əliyev və Ə.Muxtarov saxlanılıblar.

Araşdırma zamanı onların daha 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

# 893
avatar

Mehman Nəbiyev

Oxşar yazılar